Layihə rəhbəri
Layihə rəhbəri
İctimaiyyətlə əlaqələr üzrə menecer
Sosial işçi
Sosial işçi
Təlimlər və tədbirlər üzrə menecer
Əmanətlər üzrə koordinator
Videoqraf, fotoqraf
Zəfərlə sonlanan 44 günlük Vətən Müharibəsindən dərhal sonra noyabr ayının 11-də Cənab Ali Baş Komandanın da dediyi kimi zəfəri bizə qazandıran hərbçilərimizin övladlarının xidmətində durmaq üçün “Əmanət” Şəhid və Qazi övladlarının fərdi inkişafına dəstək layihəsi tərəfimizdən start götürdü.
İndiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-ə qədər layihə iştirakçısı olan şəhid və qazi övladları ziyarət edilib. Ziyarət edilən zaman hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib.
Layihə məktəbəqədər təhsil müəssisəsi, məktəb, kollec və universitet tələbəsi olan şəhid və qazi övladlarını əhatə edir və təklif olunan bütün xidmətlər təmənnasızdır.
Layihənin məqsədi:
• Sinif dərsləri üzrə hazırlıqlar
• Abituriyent hazırlığı
• Dil kursları
• Psixoloji dəstək
• Dərslik və dərs vəsaiti təminatına dəstək
• Şagird və tələbələrin yaş və təhsil istiqamətinə uyğun bədii və elmi ədəbiyyat, jurnal və digər vəsaitlərlə təminatı.
• Şagird və tələbələrin müxtəlif kurs və dərnəklərə olan ehtiyacının qarşılanması (dil, kompüter və idman).
• Şagird və tələbələr üçün müxtəlif seminar və ekskursiyaların təşkili.
Hal-hazırda layihədə 200-dən artıq şəhid və qazi övladı, eyni zamanda bacı və qardaşları, həyat yoldaşları təhsil alır. 150-ə yaxın müəllim, psixoloq, loqoped, həkim və s sahə mütəxəssisləri xidmət göstərir.