Əmanətimiz Aysunun xaricdə təhsili

Hər vaxtınız xeyir dostlar. Bu gün şəhid övladı Aysunun xaricdə təhsil istəyinə görə şəhidimizin ailəsilə birlikdə Əmanət Layihəsi olaraq əmakdaşlıq etdiyimiz Azeredu Xaricdə Təhsil mərkəzinə müraciət etdik.

Aysun mərkəz tərəfindən təmannasız olaraq dərslərə qəbul edildi. Dərslərdən əlavə Aysunun Türkiyə universitetlərinə müraciət və təqaüd məsələlərində Azeredu tərəfindən dəstək göstəriləcək.

Xoş qarşılama üçün Əmanət layihəsi adından Azeredu komandasına, xüsusilə mərkəzin rəhbərləri Sedef Ünlü , Ayhan Saydama təşəkkür edirik.

26.05.2021