Əmanətimizin Tamerlanın xaricdə təhsili

Qazimiz İmanov Teymurun övladı Tamerlanın xaricdə təhsil istəyinə görə qazimizin ailəsilə birlikdə Əmanət Layihəsi olaraq əmakdaşlıq etdiyimiz Azeredu Xaricdə Təhsil mərkəzinə müraciət etdik.

Tamerlan mərkəz tərəfindən təmannasız olaraq dərslərə qəbul edildi. Dərslərdən əlavə Tamerlanın Türkiyə universitetlərinə müraciət və təqaüd məsələlərində Azeredu tərəfindən dəstək göstəriləcək.

Xoş qarşılama üçün Əmanət layihəsi adından Azeredu komandasına, xüsusilə mərkəzin rəhbərləri Sedef Ünlü, Ayhan Saydama təşəkkür edirik.

15.04.2021