ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzdə baş tutan sayca 7-ci Beynəlxalq Kitab Sərgisində iştirak etdik. Tərəfdaşımız Parlaq İmzalar Nəşriyyatı hər zamankı kimi şəhid və qazi ailələri üçün aldığımız kitablara məxsusi endirimlə Əmanət ailəsinə öz tövhələrini verdi. Bir daha təşəkkür edir, işlərində uğurlar arzulayırıq.
 10.10.2021