19 May, 2024
Əmanət layihəsi 16.01.2020 tarixində növbəti ailə ziyarətlərini həyata keçirdi. Bakı, Sumqayıt və Xırdalan şəhərlərində ümumilikdə 20 şəhid və qazi övladı ilə görüşüldü. Bəzi azyaşlı dostlarımız layihə çərçivəsində dərslərdə iştirak edənlər, bəziləri isə yaxın günlərdə layihəyə yeni qoşulacaq olanlardır.
Azyaşlı dostlarımıza məktəb ləvazimatları, bədii ədəbiyyat, zəka oyunları və müəllimlərimizdən birinin toxuduğu şərfləri hədiyyə etdik.
Dərslərə qoşulan şagirdlərin və onların valideynlərinin dərslər və müəllimlər haqqında fikirləri yüksəkdir.
Ailələr bütün əmanətdarlara salamlarını göndərib, minnətdarlıqlarını ifadə etdilər.