21 May, 2024
ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi olaraq artıq bir ilimizi geridə qoymağa az qalıb.
Ötən müddət ərzində öz bilik və uğurları ilə fərqlənən bir neçə şagirdimizi təltif etməyə qərar verdik. Seçim çox çətin olsa da biz bunu müəyyən bir qayda ilə etmiş olduq.
İlk təltif etdiyimiz şagird, layihə fəaliyyətə başlayan gündən bizimlə olan, Vətən Müharibəsi Qəhrəmanı Şəhid İsmayılov Camalın böyük övladı Əsmətxanım oldu.
Hədiyyəmiz isə Elçin Əsgərov müəllimin şəxsi təşəbbüsü ilə layihəyə ianə etdiyi VMF + şirkəti tərəfindən hazırlanmış xüsusi buraxılış olan "Şuşa Azərbaycandır" saatı oldu. Məxsusi və dəyərli ianə üçün Elçin müəllimə dərin minnətdarlığımızı bildiririk.