Şəhidimiz Mirzə Axundovun ailə ziyarəti

 

Hər vaxtınız xeyir dostlar

Bildiyiniz kimi ötən müddət ərzində öz bilik və uğurları ilə fərqlənən bir neçə şagirdimizi təltif etməyə qərar verdik.

İlk təltif etdiyimiz şagird, layihə fəaliyyətə başlayan gündən bizimlə olan, Vətən Müharibəsi Qəhrəmanı Şəhid İsmayılov Camalın böyük övladı Əsmətxanım oldu.

Növbəti şagirdimiz Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Mirzə Axundovun övladı Ağamusa Axundzadədir.

Hədiyyəmiz isə Elçin Əsgərov müəllimin şəxsi təşəbbüsü ilə layihəyə ianə etdiyi VMF + şirkəti tərəfindən hazırlanmış xüsusi buraxılış olan "Şuşa Azərbaycandır" saatı oldu. Məxsusi və dəyərli ianə üçün Elçin müəllimə dərin minnətdarlığımızı bildiririk.

09.11.2021