20 May, 2024
Hər vaxtınız xeyir dostlar
Ötən günlər ərzində Sumqayıt şəhərində əziz şəhidlərimiz İslamov Samir Xalıq oğlu, Ağayev Ramin Mərdan oğlu, İsmayılov Camal Vidadi oğlunun əmanətlərini ziyarət etdik. Şagirdlərimizin dərsləri ilə maraqlandıq. Dərslərdən və müəllimlərdən razı olduqlarını, hər biri tam məsuliyyət və diqqətlə dərslərə qoşulduqlarını bildirdilər.
Şəhidlərimizin ailə üzvlərinə Rövşən Abdullaoğlunun təşəbbüskarı olduğu "Zəfər 2020" layihəsinin kitablarını müəllifin adından hədiyyə etdik.
Ailələrimizə qapılarını üzümüzə açdıqları üçün minnətdarlığımızı bildiririk.
03.03.2021