2022-2023-cü tədris ilinin yekun tədbiri keçirilib! 

2022-2023-cü tədris ilinin yekun tədbiri keçirilib! 

 Tədbirdə tədris ilində uğurlu nəticə əldə etmiş şəhid və qazi övladları və müəllimləri iştirak edib.

 Layihə rəhbərləri Sərxan Bağırlı və Turan Hüseynov qonaqlara 2022-2023-cü tədris ilinin hesabatı haqqında məlumat verib.

 Daha sonra nəticələrinə görə fərqlənən şəhid və qazi övladları, şagirdlərin uğur qazanmasında əziyyəti olan müəllimlər təşəkkürnamə və təltifnamələr ilə təltif olunublar.

Əmanətlərimizi təbrik edir, tədris ilinin uğurlu bitməsində əməyi olan müəllim kollektivimizə təşəkkür edir və xoş istirahət arzu edirik! 

14.06.2023