Əmanət layihəsi, ilin son tədbiri, əmanətlərimizlə birlikdə!

Hər birinizi Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik edir, sizlərə möhkəm can sağlığı, uzun və bərəkətli ömür arzulayırıq.

Şəhidlərimizi ehtiramla yad edərək onların ailə üzvlərini, vətən uğrunda sağlamlığını itirmiş qazilərimizi, vətənimizin keşiyində olan hərbiçilərimizi təbrik edərək, daim qalib və müzəffər olmalarını diləyirik!

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir.
Şəhidlik zirvəsi mərdliyin, cəsarətin və qeyrətin simvoludur. Bu uca zirvəyə çatanların ömrü qısa olsa da, şərəfli və örnək sayılır.

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq və hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın borcudur.

Biz də ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi olaraq Allahın lütfü ilə bunu bacardıq, bu məsuliyyəti layiqincə yerinə yetirə bildik.

Zəfər və zəfərin övladları bizlərə əmanətdir!

https://youtu.be/h9fievyWjB8?si=5Nl2j11ctNouEcjR

27.12.2021