Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları ilə görüş!

“Türkiyə-Azərbaycan mütəxəssis mübadiləsi Proqramı” çərçivəsində Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları, kamp müdiri, gənclər və idman idarəsinin əməkdaşı, gənclər evinin müdiri, əməkdaşları, şəhid və qazi ailəsinin üzvləri və “ƏMANƏT” layihəsin idarə heyətinin üzvləri Bakı Gənclər Mərkəzində qonaq olublar.

Görüşdə “ƏMANƏT” layihəsinin təsisçisi Turan Hüseynov qonaqlara layihənin məqsədi, fəaliyyət istiqamətləri və hədəfləri haqqında ətraflı məlumat verib. Daha sonra “ƏMANƏT” layihəsində təhsil alan şəhid, qazi övladları, ailə üzvləri qonaqlara təqdim olunub.

Fəaliyyətlə yaxından tanış olan qonaqlar çay süfrəsi ətrafında Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən söz açıb. Bundan sonra gələcəkdə birgə əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıqlar aparıb, sonda xatirə şəkili çəkdiriblər.
 
28.10.2023