24 May, 2024
ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi bu dəfə dəyərli yazıçı, filosof və psixoloq Rövşən Abdullaoğlunun qonağı oldu. Bizimlə birlikdə Fəlsəfə elmləri üzrə Fəlsəfə doktoru, pedaqoq Mail Yaqub müəllim də iştirak etdi. Görüşümüz çox səmərəli və bərəkətli keçdi. Layihə çərçivəsində fikir mübadiləsi aparıb, gələcək planlar haqqında müzakirələr etdik. Dəyərli vaxtını ayırdığı üçün Rövşən Abdullaoğluna və Mail bəyə təşəkkürümüzü bildiririk!