Şəhid Rəşad Hüseynov

Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. 21 saylı tam orta məktəbdə orta təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "polkovnik-leytenant" hərbi rütbəsinə qədər yüksəlib.

Nümunəvi xidmətlərinə görə  “Qüsursuz Xidmətə görə 3-cü dərəcə ”, “Qüsursuz Xidmətə görə 2-ci dərəcə,”  “Qüsursuz Xidmətə görə 1-ci dərəcə", ”Usta dərəcəli”, ”Hərbinin 90 və 95 illik yubiley" medalları, ”Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcə”  medalları ilə təltif edilib.

Vətən Müharibəsində qəhrəmancasına iştirak edib. Ölümündən sonra 3- cü dərəcələli "Vətənə xidmətə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Hüseynov Rəşad Rəhim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Kəlbəcər-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şirvan şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.